XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Aprel 2020 - 15:56

İsraildə koronavirus:yoluxanların sayı 15 870 nəfərə çatıb.

İsraildə koronavirusa yoluxanların sayı 15 870 nəfərə çatıb.

Məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada ölkədə 88 yeni yoluxma, 7 ölüm hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin ümumi sayı 219-a çatıb, indiyədək 8 412 pasiyent sağalıb.

Məlumata görə, son günlər ağır xəstələrin sayında azalma müşayiət edilir.

Aprelin 29-dan etibarən karantin rejimi yumşaldılıb. Yaşayış yerindən 500 metr aralı məsafədə idmanla məşğul olmağa icazə verilir.

Hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub/Report.