XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2020 - 16:05

Avropa İttifaqı onlayn tədbir keçirəcək –Koronavirusla bağlı

Mayın 4-də Avropa İttifaqı (Aİ) və tərəfdaş hökumətlər koronavirus infeksiyasının yayılmasına qarşı qlobal miqyasda həyata keçirdiyi cavab tədbirləri çərçivəsində maliyyə vəsaitlərinin toplanmasına dair onlayn tədbir keçirəcək.

Məqsəd COVID-19 infeksiyasının müalicəsi, diaqnostikası və peyvəndlərin hazırlanması üçün maliyyə vəsaitlərinin toplanması və onların geniş əhali kütləsi üçün əlçatan və əlverişli olmasını təmin etməkdir.

Qlobal əməkdaşlığa başlamaq üçün ilkin olaraq 7,5 milyard avronun toplanması tələb olunur.

Sözügedən tədbir Ümumdünya Səhiyyə Təşkilatı və səhiyyə sahəsində çalışan digər beynəlxalq təşkilatların koronavirus pandemiyasına qarşı çıxış yollarının tapılmasına dair çağırışına cavab olaraq təşkil edilir.

Tədbir barədə dünya ictimaiyyətini məlumatlandırmaq üçün Aİ dünyanın müxtəlif yerlərindən nüfuzlu şəxsləri sözügedən qlobal kampaniyada iştirak etməyə dəvət edib. Bütün bu işlər hökumətləri, müəssisələri və təşkilatları virus ilə mübarizə işinə töhfə verməyə həvəsləndirmək məqsədi daşıyır.

Tədbir zamanı Aİ tərəfindən vəsait ehtiyatlarının fasiləsiz artırılması üzrə qlobal kampaniyanın növbəti mərhələlərinin elan ediləcəyi gözlənilir/APA.