XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2020 - 18:45

“Tesla” və “Facebook” sahiblərinin dueli:"İnsanlara hüquqlarını qaytarın!"

“Tesla” şirkətinin qurucusu Elon Mask evdə qalma göstərişişini ev həbsi, hətta “faşizm” adlandırıb.

Strateq.az “Reuters”-ə istinadla xəbər verir ki, Silikon Vadisinin digər nəhəngi – “Facebook” rəhbəri Mark Zukerberq isə fərqli rəydədir.

2 milyarderin – Elon Mask və Mark Zukerberqin koronavirus karantini tədbirləri haqqında duelli dünyada geniş müzakirə doğurub.

Konfrans zəngləri və “Twitter”-də tez-tez açıq və hətta inqilabi açıqlamalar verən “Tesla Inc”-in rəhbəri Mask insanların evlərini tərk edə bilməməsini anti-demokratik tədbirlər, hətta “faşizm” olduğunu söyləyib: “Bu, demokratiya deyil, bu, azadlıq deyil. İnsanlara ilahi azadlıqlarını geri qaytarın!”.

Digər tərəfdən, Mark Zukerberq – “Facebook”-un sahibi özünütəcrid tədbirinin yüngülləşdirilməsindən narahatlığını dilə gətirib. O, pandemiyadan irəli gələn iqtisadi enişin insanların hazırda gözlədiklərindən daha uzun davam edəcəyini söyləyib: “İnfeksiya səviyyəsinin minimal səviyyəyə enməsindən əvvəl müəyyən iş yerlərinin açılmasından çox narahatam. Çünki bu, demək olar ki, gələcək infeksiyalara və daha uzunmüddətli mənfi sağlamlıq və iqtisadi nəticələrə zəmanət verəcək”.

Elon Mask bildirib: “Karantinin uzadılması və ya konstitusiya hüquqlarına zidd olaraq insanların evlərində zorla saxlanılması, fikrimcə, insanların azadlıqlarını dəhşətli və yanlış yolla pozulmasıdır”.

Xatırladaq ki, “Tesla”-nın personalı əsasən ofislərdə çalışır, “Facebook” personalı isə əksinə, evdən işləyənlərdən ibarətdir.