Avropa İttifaqı Bosniya və Herseqovinada müvəqqəti yaşayan qaçqın və miqrantlara dəstək məqsədilə 4,5 milyon avro məbləğində vəsait ayırıb.
Azərtac xəbər verir ki, ayrılan vəsait ölkədəki qaçqın və miqrantların səhiyyə və sosial müdafiəsinə yönəldiləcək. Bu yardım Avropa İttifaqı tərəfindən Qərbi Balkan ölkələrinin inkişafına və koronovirusla mübarizəyə ayrılmış 3,3 milyard avronun bir hissəsidir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen maliyyələşməni şərh edərkən bildirib ki, Avropa İttifaqına daxil olmaq üçün lazım olan islahatların bir hissəsi olaraq dəstək davam etdiriləcək. Bu baxımdan növbəti yardım Bosniya və Herseqovinadakı qaçqınlara və miqrantlara dəstək üçündür.