XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2020 - 23:11

ABŞ Səudiyyə Ərəbistanı qarşısında şərt qoyubmuş- Detallar

OPEC+ ölkələri neft hasilatını azaltmasa, ABŞ həmin ölkələrdən biri olan Səudiyyə Ərəbistanından öz hərbi qüvvələrini çıxartmalı olacaq.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp aprelin 2-də Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanla telefon söhbəti zamanı bildirmişdi.

Mənbələrin dediyinə görə, bu sözlərdən karıxan vəliəhd hətta köməkçilərindən otağı tərk etmələrini istəyib. Belə ki, neft hasilatı azaldılmasa, Konqresin Səudiyyə Ərəbistanına qarşı ABŞ qüvvələrinin çıxarılmasına da gətirib çıxara biləcək məhdudiyyətlər tətbiq etməsinə Ağ Evin mane ola bilməyəcəyi diqqətə çatdırılmışdı.

Mart ayının sonunda respublikaçı senatorlar – Kevin Kramer və Dan Sallivan Səudiyyə Ərəbistanının neft sənayesi ilə bağlı addımlarına görə bu ölkəyə hərbi yardımları dayandırmaqla ABŞ qüvvələrinin oradan çıxarılmasını nəzərdə tutan qanun layihəsini Konqresə təqdim etmişdilər.

Dünən isə D.Tramp Səudiyyə Ərəbistanı qarşısında, doğrudan da, belə şərt qoyub-qoymadığı barədə “Reuters”in sualına “belə sözlər deməməliydim” şəklində cavab verib. Çünki onun dediyinə görə, Məhəmməd bin Salman neftin ucuz olması səbəbindən problemlərin ortaya çıxdığını başa düşür.

Xatırladaq ki, aprelin 12-də OPEC+ formatının iştirakçısı olan ölkələr uzun müzakirələrdən sonra may-iyun aylarında hasilatı (2018-ci ilin oktyabr səviyyəsinə nisbətən) 9,7 milyon barel həcmində azaltmaq barədə yeni razılığa gəldilər. Sonrakı dövrdə ilin sonunadək azaltmanın həcmi 7,7 milyon barel, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək isə 5,8 milyon barel nəzərdə tutulur.