XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2020 - 20:49

Ceyms Ceffri:"ABŞ Türkiyənin Suriyada terrorçulara təzyiqləri davam etdirəcəyinə ümid edir"

ABŞ Türkiyənin Suriyanın İdlib əyalətində “Həyat Tahrir əş-Şam” qruplaşması da daxil olmaqla bütün terrorçu qruplaşmalara təzyiq göstərəcəyinə ümid edir.

Bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri Vaşinqton Atlantik Şurasının təşkil etdiyi videokonfrans zamanı açıqlayıb.

“Ümid edirik ki, Türkiyə orada yerləşən terror təşkilatlarına güclü təzyiq göstərməyə davam edəcək. Onların ən güclüsü “Həyat Tahrir əş-Şam”dır. Atışmalar zamanı onlara qarşı bir müddət təzyiq göstərilib. Ümid edirik ki, bu təzyiq davam edəcək”, – Ceffri belə deyib.

Ceffri, həmçinin Ankaranın köməyi ilə Vaşinqtonun İdlibdə ehtiyacı olanlara humanitar yardım çatdıracağına da ümid edir/APA.