XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2016 - 16:50

Poroşenko Türkiyəyə səfər edib

Pyotr Poroşenko Türkiyə

Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyəyə işgüzar səfərə gedib.

Strateq.az apa.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin rəsmi saytında məlumat yayılıb.

İki günlük səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir. P. Poroşenko Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək və prezidentlərin həmsədrliyi ilə keçiriləcək Strateji Əməkdaşlıq Şurasının V iclasında iştirak edəcək. İclasın yekununda Ukrayna-Türkiyə sənədlərinin imzalanması planlaşdırılır.

P.Poroşenkonun səfər proqramında Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəman, baş nazir Əhməd Davudoğlu, türkiyəli iş adamları ilə görüşlər də nəzərdə tutulub.

Artıq Ankarada olan Ukrayna prezidenti yerli Krım tatar icmasının nümayəndələri ilə bir araya gəlib.