XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 09:32

ABŞ İranın zirehli texnikalar almasına imkan verməyəcək –Pompeo

Rəsmi Vaşinqton silah embarqosu bitdikdən sonra İranın Rusiya və ya Çindən zirehli texnikalar almaması üçün mümkün olan hər şeyi edəcək.

“TASS” xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.

Pompeo qeyd edib ki, ABŞ prezidenti Donald Tramp administrasiyası, cari ilin oktyabr ayından İranın Rusiya və ya Çindən tank və zirehli maşın alamasının qarşısını alacaq:

“BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnaməsi bizə bunun baş verməməsinə əmin olmağa imkanı verir. Bu məsələnin müsbət tərəfidir. Təhlükəsizlik Şurasında Çin, Rusiya, Böyük Britaniya və Fransadan olan tərəfdaşlarımızla müzakirələr aparacağıq. Eyni zamanda BMT-də daha geniş formada işləyirik ki, hər bir dövlət bu il oktyabrın 18-dən sonra İrana silah satışını həyata keçirməməyə razı olsunlar”. (report)