XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

17 May 2015 - 22:10

İŞİD-ə qarşı “Misirvari” mübarizə: Qadınların Türkiyəyə getməsi qadağandır

Misir hökuməti qadınların Türkiyəyə getməsini məhdudlaşdıran sərəncam imzalayıb. Sərəncama görə, qardaş ölkəyə getmək istəyən qadınlar hökumətdən izn almalıdırlar. 72 saatlıq incələmədən sonra hökumət onların bu səyahətinə icazə verə və ya verməyə bilər.

Hökumət yetkililəri bu qərarın İŞİD-ə qarşı mübarizə çərçivəsində alındığını bildirirlər. Onlara görə, Türkiyəyə səfər edən əksər misirlilər ordan Suriya və İraqa keçərək İŞİD sıralarına qoşulurlar. Bu prosesin qarşısın almaq üçün rəsmi Qahirə ötən il kişilərin Türkiyəyə səfərini məhdudlaşdırmışdı. Verilən məlumata görə, həmin sərəncam verildiyi gün 200-dən artıq misirlinın Türkiyəyə girişinə icazə verilməmişdi. İndisə eyni siyasət qadınlara da tətbiq olunacaq.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyəni İŞİD-ə qoşulan əcnəbi vətəndaşlar üçün tranzit ölkə olmaqda suçlayan dövlətlərə Prezident R. T. Ərdoğanın cavabı konkret olmuşdu. “Zəhmət çəkin, öz vətəndaşlarınızın bu təşəbbüsünü onlar Türkiyəyə ayaq basmadan əvvəl əngəlləyin!” mənasına gələn bu cavab, deyəsən, Misir yetkililəri tərəfindən haqlı görülmüş və bu prosedur ortaya çıxmışdır.

Strateq.az