XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 13:57

İspaniyada koronavirus:  pandemiya qurbanlarının sayı 25 minə yaxınlaşdı

İspaniyada ötən sutka ərzində daha 281 nəfər koronavirusdan ölüb.

Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 24 824-ə çatıb.

Ölkədə virusa yoluxanların sayı 1 175 nəfər artaraq 215 216-ya yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 320 000-i ötüb. Bunların 1 048 936 nəfəri sağalıb, 234 283 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)