XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 21:45

“Normal həyata qayıtmaq vaxt aparacaq” – Fransa Prezidenti

“Mayın 11-dən etibarən məhdudlaşdırma tədbirlərinin yumşaldılmasına baxmayaraq, normal həyata qayıtmaq vaxt aparacaq”.

Bu barədə Fransa Prezidenti Emmanuel Makronun müraciətində bildirilib.

“11 may normal həyata keçid tarixi olmayacaq. Müxtəlif mərhələlərdən keçməliyik və mayın 11-i də bunlardan biridir”, – deyə E. Makronun müraciətində deyilib. 

Qeyd edək ki Fransada mayın 11-dən etibarən məktəblər və mağazalar tədricən fəaliyyətini bərpa edəcək. Hökumət koronavirusun ikinci dalğasının mümkünlüyünü nəzərə alaraq, ölkənin “qırmızı” və “yaşıl” zonalara bölünmə planının olduğunu bildirib. (apa)