XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 22:07

Polşada koronavirus:yoluxanların sayı 13 mini ötdü

Polşada koronavirusdan ölənlərin sayı 650-yə çatıb.

“RİA Novosti” xəbər verir ki, bunu Polşanın Səhiyyə Nazirliyi açıqlayıb.

Bildirilib ki, Polşada son sutkada 228 yoluxma halı qeydə alınıb. Ölkə üzrə 6 nəfər ölüb, yoluxanların sayı isə 13 105 nəfər olub. İndiyədək 3 491 pasiyent sağalaraq evə buraxılıb.

Polşada koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejimi tətbiq edilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 327 000-i ötüb. Bunların 1 052 566 nəfəri sağalıb, 234 702 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)