XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 18:24

Kimdən 2 yeni təzadlı xəbər:“ölüb”, “sağdır”  

Bu gün bir şimali koreyalı qaçqın Şimali Koreya liderinin öldüyünü bildirib.

Strateq.az “Yonhap” İnformasiya Agentliyinə istinadla xəbər verir ki, o bunu Cənubi Koreya parlamentinə çıxışı zamanı söyləyib.

Şimali Koreya liderinin əməliyyatdan az sonra öldüyü düşünülür.

Eyni zamanda, Tayvan Kəşfiyyat Xidmətinin rəhbəri Şimali Koreya liderinin “xəstə” olduğunu, amma rəsmi Taybeyin Şimali Koreyada hakimiyyət mübarizəsi ssenarilərinə hazır olduğunu iddia edib.

Xidmət direktoru Çyu Ku Çen parlamentdəki dinləmə zamanı Şimali Koreya lideri Kim Çen Inın ölümü ilə bağlı yayılan şayiələrə dair sualları cavablandırarkən, belə deyib.

Sualı eşitdikdən sonra Çyu Ku Çen gülüb, kimin diri olub-olmadığına birbaşa cavab verməkdən və qaynaqlarının adını çəkməkdən imtina edib.

“Amma bildiyimizə görə, Kim Çen In hələ də Şimali Koreya hökumətinə nəzarət edir”, – xidmət rəhbəri bildirib.