XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 19:05

Madonna da koronavirusa yoluxdu –Test nəticəsi

Amerikalı müğənni Madonnanın da koronavirus testinin nəticələrinin müsbət olduğu aşkarlanıb.

Strateq.az “Huffington Post”-a istinadla xəbər verir ki, 61 yaşlı amerikalı müğənni deyib: “Dünən testdən keçdim. Orqanizmimdə COVID-19 ortaya çıxıb. Sabah maşınla yola çıxıb şüşəni endirəcəyəm və korona havasını ciyərlərimə çəkəcəm”.

COVID-19 ilə yoluxanlar arasında başqa məşhurlar da var, o cümlədən Tom Hənks, “Harry Potter” müəllifi Coan Ketlin Rouling, və İdris Alba.

Xatırladaq ki, pandemiyanın başlanğacında Madonna “Instagram” səhifəsində bir video paylaşmışdı.

Vannada çılpaq oturmuş müğənni virusdan qorxusunu dilə gətirmişdi: “Bundan sonra necə yaşayacağıq? Harada yaşayacağıq? Dünyanın aqibəti necə olacaq?” – deyə Madonna ritorik suallar verib.

Müğənninin sözlərinə görə, koronavirus həm gözəl, həm də qorxuncdur, çünki bütün insanları bərabərləşdirib.

Madonna onu da qeyd edib ki, indi insanlar eyni qayıqda üzür və o boğulursa, hamı suyun dibinə gedəcək.