XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 22:48

Türkiyədə koronavirus:daha 84 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha  84 nəfər ölüb.

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 41431 şübhəli koronavirus testindən keçib, onlardan 2188-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3258 nəfər ölüb, 122392 nəfər bu infeksiyaya yoluxub, 53808 nəfəri isə müalicə olunub. Bu gün 4922 xəstə evə buraxılıb. (apa)