XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

01 May 2020 - 23:02

Dünyada koronavirusa yoluxanların sayı 3,3 milyonu ötdü –Cons Hopkins Universiteti

Dünyada 235 290 insan koronavirus infeksiyasının qurbanı olub.

RİA “Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın federal və yerli hakimiyyəti, KİV və başqa mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Universitetin son məlumatına görə, dünyada 3 303 296 koronavirusa yoluxma qeydə alınıb. Ayrı-ayrı ölkələrdə virusa yoluxmuş 1 039 588 insan sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)