XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 May 2020 - 13:55

İranda koronavirusa yoluxanların sayı 100 000-ə yaxınlaşır

İranda daha 65 nəfər koronavirusun qurbanı olub.

“Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 6 156 nəfər olduğunu deyib.

O bildirib ki, daha 802 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 96 448 nəfərə çatıb.

K.Cahanpur 77 350 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib.

O, həmçinin 2 787 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Qeyd edək ki, ölkənin parlament sədri Əli Laricani, birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi,İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam və İran Ekspertlər Şurasının üzvü Seyid Həşim Bəthayi koronavirusdan ölüb.

Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian və səhiyyə nazirinin müavini İrəç Hərirçi tam müalicə olunaraq evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212ölkə və bölgədə qeydə alınıb.

Dünyadakoronavirusinfeksiyasınaindiyədəkyoluxanlarınsayı3 415 000-iötüb. Bunların 1087190nəfərisağalıb,239 823nəfəriisə ölüb.

ÜmumdünyaSəhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanınadınıCOVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiyaelanedib.