XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

02 May 2020 - 14:50

Çin Comolunqma zirvəsinin hündürlüyünü yenidən ölçməyə başlayıb

Çin dünyanın ən uca nöqtəsi olan Comolunqma (Everest) zirvəsinin hündürlüyünü yenidən ölçməyə başlayıb.

Zirvənin yenidən ölçülməsi Çinin Təbii Ehtiyatlar Nazirliyinin, İdman Baş İdarəsinin və Tibet muxtar rayonu hökumətinin Comolunqma dağı ilə bağlı həyata keçirdiyi irimiqyaslı kompleks elmi tədqiqat layihəsinin bir hissədir.

Çin il Nepalın sərhədində yerləşən Comolunqma zirvəsinin hündürlüyünün ölçülməsi üçün hazırlıq prosesinə martda başlanılıb. Hazırda iqlim şərtlərinə uyğunlaşma prosesində olan ölçməni icra edəcək qrupun üzvləri yüksək ərazidə tədqiqat aparmaq üçün təlimlərdə iştirak edirlər. Çin Geodeziya və Kartoqrafiya Akademiyasının ekspertləri ölçmənin dəqiq yekunlaşdırılması üçün layihənin texniki əsaslandırılması və planlaşdırılmasında iştirak ediblər. Bundan başqa, ölçmə prosesində texnologiyanın ən son yeniliklərindən, o cümlədən “Beidou-3” naviqasiya peyk sisteminin və 5G mobil rabitə şəbəkəsinin imkanlarından da istifadə olunacaq.

Qeyd edək ki, Çin indiyədək Comolunqma zirvəsinin hündürlüyünü 6 dəfə ölçüb. İlk dəfə 1975-ci ildə həyata keçirilmiş ölçmə zamanı zirvənin hündürlüyü 8848 metr 13 santimetr, 2005-ci ildəki ölçmə zamanı isə 8844 metr 43 santimetr müəyyən edilmişdi.

Everestin yenidən ölçülməsi zərurəti bəzi alimlərin 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ nəticəsində zirvənin hündürlüyünün azalması ehtimallarına görə yaranıb(azərtac).