XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

02 May 2020 - 23:56

Fransada koronavirus:ölənlərin sayı 24 mini ötdü

Fransada bir gün ərzində koronavirusdan ölənlərin sayı daha 166 nəfər artıb.

“Report”un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, ölkədə epidemiyanın başlanğıcından ölənlərin sayı 24 760 nəfərə çatıb. Rəsmi məlumata görə, onların 15,5 mini xəstəxanalarda ölüb, daha 9,2 min ölüm ictimai-tibbi müəssisələrdə qeydə alınıb.

“Martın 1-dan biz COVID-19 ilə bağlı 24 760 ölümə ağlayırıq”, – rəsmi məlumatda deyilir. Qeyd edilir ki, xəstəxanalarda 15 487 insan, qocalar evlərində – 9273 nəfər vəfat edib.

Fransada koronavirus epidemiyasına görə 17 martdan təcridetmə rejimi tətbiq olunub.