XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

03 May 2020 - 10:00

“Şimali Koreya liderini sağlam görməkdən məmnunam” –Tramp

ABŞ Prezidenti Donald Tramp təxminən 20 gün müddətdir ki, ictimaiyyət arasında görünməyən və haqqında ağır xəstəliyinin olması, hətta dünyasını dəyişməsi kimi xəbərlər dolaşan KXDR lideri Kim Çen Inı yenidən sağlam şəkildə görməkdən məmnun olduğunu bildirib.

Amerikalı lider bu barədə “Twitter” səhifəsində yazıb.

“Mən, misal üçün, onun qayıtdığını və səhhətinin yaxşı olduğunu görməkdən məmnunam”, – Tramp belə yazıb.

ABŞ lideri öz paylaşımında Kim Çen Inın Şimali Koreyada yeni bir zavodun açılışında iştirak etməsi barədə xəbərin yayımlandığı videoçarxın linkini də yerləşdirib.

Qeyd edək ki, bundan bir müddət əvvəl Tramp KXDR liderinin vəziyyəti barədə şərh verməkdən imtina etmiş və yalnız ona can sağlığı arzu etməklə kifayətlənmişdi. /APA