XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

03 May 2020 - 16:17

Roma Papası koronavirusla bağlı dünyaya çağırış etdi:"Elmi bacarıqları birləşdirmək lazımdır"

Roma Papası Fransisk COVID-19-a qarşı peyvənd hazırlamaq üçün dünyadakı mütəxəssisləri əməkdaşlığa çağırıb.

Bu barədə Vatikanın rəsmi internet səhifəsində məlumat verilib.

Roma Papası bildirib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində, COVID-19 pandemiyasını aradan qaldırmaq üçün fərqli ölkələr səylərini birləşdirə bilərlər:

“Mən yaşadığımız kəskin böhrana adekvat və səmərəli cavab vermək üçün istəyirəm ki,  müxtəlif təşəbbüslərin həyata keçirildiyi beynəlxalq əməkdaşlıq dəstəklənsin. Vaksinlər və müalicə metodlarını tapmaqla, dünyanın hər yerində virusa yoluxmuş insana lazımı köməklik göstərilə bilər. Bu tibbi müalicəyə imkan verən əsas texnologiyalara bütün dünyanın çıxışını təmin etmək lazımdır. Elmi bacarıqları birləşdirmək həqiqətən vacibdir”. /APA