XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

03 May 2020 - 22:04

İtaliyada koronavirus:son sutkada ölüm sayı 174 nəfər olub

İtaliyada son 24 saat ərzində koronavirusdan ölənlərin sayı 174 nəfərə çatıb. 

Reuters xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə yeni virusdan ölənlərin ümumi sayı 28884-ə çatıb: “Son sutkanın ölüm dinamikası mart ayının ortalarındakı göstəricilərə yaxındır. Martın 10-da 168, 14-də isə 175 ölüm hadisəsi qeydə alınmışdı”.

Son sutkada 1740 nəfər sağalıb, ümumilikdə isə onların sayı 81654-ə çatıb. (apa)