XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

03 May 2020 - 23:17

Fransada koronavirus:ölənlərin sayı 25 minə yaxınlaşır

Fransada son sutkada koronavirusdan 135 nəfər ölüb. Dünyasını dəyişənlərin ümumi sayı isə 25 minə yaxınlaşır.

Bu barədə Fransanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumilikdə 92799 nəfər xəstəxanaya yerləşdirilib. Onların 50784 nəfəri sağalaraq evə buraxılıb.

Hesabatda vurğulanıb ki, martın 1-dən etibarən Fransada koronavirusla bağlı 24895 ölüm hadisəsi qeydə alınıb: “Xəstəxanalarda 15583, tibbi-sosial müəssisələrdə isə 9312 nəfər ölüb”. 

Qeyd edək ki, hazırda xəstəxanalarda 25815 nəfər müalicə alır. Son bir gündə xəstəxanalara 345 yeni virusa yoluxmuş xəstə qəbul edilib. /APA