XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 18:36

Finlandiyada koronavirus: pandemiya qurbanlarının sayı 240-a yüksəldi

Finlandiyada ötən 24 saatda 10 nəfər koronavirusdan ölüb.

Bunu ölkənin Milli Səhiyyə və Sosial İnkişaf Qurumu açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində 73 nəfərə COVID-19 diaqnozu qoyulub.

Beləliklə, Skandinaviya ölkəsində indiyədək qeydə alınan yoluxma hallarının sayı 5 327-yə çatıb. Virus qurbanlarının sayı isə 240-a yüksəlib.

Bildirilib ki, Finlandiyada pandemiya qurbanlarının orta yaşı 84 təşkil edir. (report)