XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 21:47

“Aİ COVID-19 peyvəndi üçün bir milyard avro vəsait ayıracaq” –Von der Leyen

“Avropa İttifaqı (Aİ) COVID-19 əleyhinə peyvənd və xəstəliyin müalicəsi üçün bir milyard avro vəsait ayıracaq”.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Aİ və tərəfdaş ölkələrin koronavirusa qarşı maliyyə vəsaitlərinin toplanmasına dair onlayn tədbirdə deyib.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, COVID-19 əleyhinə peyvənd üçün ölkəsi 500 milyon avro, Almaniya kansleri Angela Merkel isə qeyd edib ki, ölkəsi 525 milyon ayıracaq.

Tədbirin həmsədri olan Norveç isə COVID-19-la beynəlxalq mübarizəyə bir milyard avro ayıracağını və bu maliyyə töhfəsinin Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansa (VİQA) yönəldəcəyini bəyan edib. 

İspaniya Baş Naziri Pedro Sançez ölkəsinin bu beynəlxalq təşəbbüsə 125 milyon avro ayıracağını deyib.

Qeyd edək ki, tədbir Almaniya, Fransa, Britaniya, İtaliya, Yaponiya və hazırda G20-yə sədrlik edən Səudiyyə Ərəbistanı tərəfindən təşkil olunub. ABŞ tədbirdə iştirak etməkdən imtina edib.

Məqsəd yeni növ koronavirusa qarşı peyvəndin və müalicənin tapılması üçün 7.5 milyard avro vəsaitin toplanmasıdır. (apa)