XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 May 2020 - 23:59

İtaliyada koronavirus: ölənlərin sayı 29 mini keçib

İtaliyada koronavirus pandemiyası qurbanlarının sayı son sutka ərzində 195 nəfər artaraq, ümumilikdə 29 079 nəfərə çatıb.

“TASS” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb. Ötən gün 174 nəfərin öldüyü bildirilmişdi.

Ölkədə epidemiyanın əvvəlindən bəri sağalanlar və ölənlərlə birlikdə koronavirusa yoluxanların ümumilikdə sayı 1221 nəfər artaraq 211 938-ə çatıb. Bundan əvvəlki gün 1389 yoluxma qeydə alınmışdı.

Məlumata görə, indiyədək İtaliyada 82 879 nəfər koronavirusdan sağalaraq xəstəxanaları tərk edib. (report)