XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

04 May 2020 - 23:46

“Koronavirusla mübarizəyə daha böyük vəsait lazım ola bilər” –BMT Baş katibi

Yeni koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri üçün Avropa Komissiyasının himayəsilə keçiriləcək onlayn donor konfarnsında toplanması nəzərdə tutulan 7,5 milyard avrodan beşqat artıq vəsaitə ehtiyac yarana bilər.

Bu barədə BMT-nin Baş katibi Antonio Quterreş videokonfransdakı nitqi zamanı bildirib:

“İlkin olaraq 7,5 milyard avro tolamaq məqsədilə bu gün elan olunmuş səxavətli ianələri alqışlayıram. Bu vəsait yeni alətlərin lazımi sürətlə inkişaf etdirilməsinə ilkin töhfə olacaq. Amma hər bir ölkədə hər kəsə əlimizi uzatmaq üçün bizə bu məbləğdən haradasa beş dəfə artıq vəsait lazımdır”.

Baş katib BMT-nin bütün tərəfdaşlarını bu səylərə qoşulmağa çağırıb. (report)