XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

05 May 2020 - 00:06

Fransada koronavirus:ölənlərin sayı 25 mini keçib

Fransada koronavirusa yoluxma nəticəsində ölənlərin sayı son bir gündə 306 nəfər artıb, bununla da ölkədə qeydə alınan ölüm hallarının ümumi sayı 25 210 nəfər olub.

“TASS” xəbər verir ki, bu barədə Fransanın Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumata görə, bunlardan 15 826 nəfəri xəstəxanalarda, qalanları qocalar evlərində ölənlərdir.

İdarədən bildirilib ki, hazırda 25,5 mindən çox insan xəstəxanalardadır.

“Son 24 saat ərzində 689 nəfər xəstəxanaya yerləşdirilib ki, bu da əvvəlki günlə müqayisədə 267 nəfər azdır”, – deyə idarədən bildirilib. (apa)