İranda daha 63 nəfər koronavirusdan ölüb.
Strateq.az Türkiyə mətbuatına istinadla bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 6340 nəfərə çatıb: “Ötən gün daha 1323 nəfərdə koronavirus aşkarlanıb. Bununla da infeksiya daşıyıcılarının sayı 99970 nəfərə çatıb”.