“Təəssüflər olsun ki, bu günə qədər Türkiyənin xaricdə yaşayan 473 vətəndaşı koronavirusdan ölüb”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, onlardan 350-dən çoxunun cənazəsi Türkiyəyə gətirilib.
Qeyd edək ki, Türkiyədə mayın 4-də 64 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 3 461 nəfərə çatıb. Türkiyə üzrə 127 659 yoluxma hadisəsi qeydə alınıb. Koronavirusa yoluxmuş 68 166 nəfər sağalaraq evə buraxılıb.