Niderlandda ötən sutkada 317 nəfərə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Qurumu açıqlayıb.
Məlumata görə, Niderlandda qeydə alınan yoluxma hallarının sayı 41 087-yə yüksəlib.
Bildirilib ki, krallıqda pandemiya qurbanlarının sayı daha 86 nəfər artaraq 5 168-ə çatıb.