Belarusda koronavirusa son sutkada 861 yeni yoluxma hadisəsi qeydə alınıb.
“RİA Novosti” xəbər verir ki, məlumatı Respublikanın Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, son sutkada koronavirusdan daha 4 nəfər ölüb. Ölkə üzrə yoluxanların ümumi sayı 18 350-yə, ölənlərin sayı isə 107-yə çatıb.
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Qələbənin 75 illik yubileyi münasibətilə mayın 9-da ölkədə keçiriləcək hərbi paradı təxirə salmayacaqlarını bildirib. Rusiyada isə bununla bağlı tədbir keçirilməyəcək/Report.