XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

05 May 2020 - 20:50

Lukaşenko Rusiya televiziyasına qəzəblənib:"Gedin amerikalıları, Çini tənqid edin!"

“Guya Rusiyanın öz problemləri yoxdur. Qoy amerikalılarla deyişsin. Onlara da gücü çatmırsa çinlilərlə…”

Strateq.az “Exo Moskvı”-ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenkonun qəzəblənməsinə səbəb Rusiyanın “Pervıy Kanal” televiziyasında Belarusda COVID-19-la bağlı vəziyyətin tənqidi olub.

Prezident bildirib: “Bilirsiniz, ünvanınıza hər cür ittihamlar səslənir, bəzi versiyalar irəli sürülür, əlbəttə, buna reaksiya verməliyik. Yalanlar gen-boldur. Bu, Rusiya Federasiyasının “Pervıy Kanal”ına aiddir. Saxta xəbərlər yayır. Nə danışırlar? Guya bu gün səhər Rusiya Federasiyasında hər 1 milyon əhaliyə 29.5 min test keçirilib. Belarusda – 22,5 min. ABŞ-da hər milyona – 22 min. Yaxşı, qoy amerikalıları tənqid etsinlər. Baxın, bizdən aşağıda duran ölkələrdə vəziyyət necədir: Azərbaycan – 15,5, Ermənistan – 8,5, Gürcüstan – 3,9, Qazaxıstan – 16, Qırğızıstan – 8, Moldova – 5, Polşa – 10, Özbəkistan – 9.7. Ukrayna – 3.78 test.

Rusiyada, təəssüf ki, 2 minə yaxın insan ölüb. Şikayətiniz var? Ancaq hər şeydən əl çəkib bizi günahlandırırlar. Sanki Rusiya daxilində heç bir problem qalmayıb, yox, gərək Belarusu hədəfə tənqid etsinlər. Gedin Amerikalıları tənqid edin. Əlbəttə, çox sərt. Çini bir şeyə görə tənqid edin, çox sərt. Türkiyə Cümhuriyyətini tənqid edin. Gündə 160-180 nəfərin öldüyü Qərbi Avropa ölkələrini”.