XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

05 May 2020 - 21:09

Yavlinski Kremli topa tutdu:“Niyə dövlət insanlara kömək etmir?”

“Niyə dövlət insanlara və iqtisadiyyata birbaşa dəstək vermək üçün Milli Rifah Fondundan (MRF) və digər mövcud ehtiyatlardan lazımlı miqyasda istifadə etməkdən imtina edir?”

Strateq.az “Exo Moskvı”-ya istinadla xəbər verir ki, bunu “Yabloko” Partiyasının qurucusu Qriqori Yavlinski deyib.

Siyasətçi qaldırdığı məsələ ilə bağlı bildirib: “Çünki dövlət MRF-ni digər məqsədlər üçün – neft qiymətlərinin azalmasını və digər azalan büdcə gəlirlərini kompensasiya etmək üçün istifadə etməyi planlaşdırır. Daha nə üçün? Federal büdcənin hazırkı, son dərəcə səmərəsiz xərcləmə quruluşunu qorumaq – silahlanma yarışı, Suriya və Ukraynadakı müharibə, nəhəng inzibati və polis aparatına nəzarətsiz qeyri-şəffaf xərcləmələri davam etdirmək üçün”.

“Pandemiyada, səhiyyə üçün vəsait çatışmazlığı və iqtisadi böhran şəraitində, belə bir maliyyə siyasəti yalnız təsirli deyil, absurddur. Dərhal büdcə quruluşunu yenidən nəzərdən keçirilməli və digər prioritetlərlə birlikdə yeni bir fövqəladə büdcə təsdiqlənməlidir”, – deyə Yavlinski əlavə edib.