XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 12:04

“HİV xəstələri COVID-19-a daha az yoluxur” –iranlı mütəxəssis

“COVID-19-a ən az yoluxan HİV xəstələridir”

Strateq.az “Aftab-e Yəzd”” qəzetinəə istinadla xəbər verir ki, bunu İranın yoluxucu xəstəliklər üzrə mütəxəssis və İslam Respublikasının Koronavirusla Mübarizə üzrə Milli Komitəsinin üzvü Məsud Mərdani bildirib.

O deyib: “Koronavirus ortaya çıxdıqda, COVID-19-un HİV xəstələrinə təsir edib-etməyəcəyinə dair narahatlıqlar vardı. Bu iki virus arasında oxşarlıq yoxdur. Hazırda HİV üçün yaxşı müalicə üsullarımız var, HİV xəstəsi üçün hansısa peyvənd yoxdur”.

Məsud Mərdani əlavə edib: “HİV-ə yoluxmuş xəstələrdə koronavirus xəstəliyinin yaranma ehtimalının daha çox olacağını düşündük. İndi İranda HİV-lə müalicə olunan xəstələrin başqalarına nisbətən virusa az yoluxduğu məlum olub. Bunun bir neçə səbəbi var. Birincisi, HİV xəstələri digərlərinə nisbətən şəxsi sağlamlıqlarına daha çox diqqət yetirirlər. İkincisi, “atazanavir” və “koltra” kimi anti-HİV dərmanları da təsirlidir. Üçüncüsü, ürək-damar, diabet və hipertoniya və piylənmə kimi digər xəstəliklərə münasibətdə HİV xəstələrinin immunitetinin koronavirusa daha dözümlü imiş”.