XƏBƏR LENTİ

25 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 15:43

Türkiyədə dəhşətli olay- Futbolçu oğlunu boğub öldürdü

Türkiyənin “Hacettepe” klubunun sabiq futbolçusu Cevher Toktaş 5 yaşlı oğlunu öldürüb.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı sabiq oyunçu hadisədən 11 gün sonra törətdiyi cinayəti etiraf edib.

O, Bursada koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Kasımı aprelin 23-də qətlə yetirib. Cinayətkar oğlunun başına yastıq basaraq boğub.

2008/09 mövsümündə “Hacettepe”nin heyətində Super Liqa həyəcanı yaşayan, karyerasının böyük hissəsi həvəskar regional komanda olan “Yıldırımspor”da keçən Toktaş cinayətin səbəbi kimi oğlunu sevmədiyini, əsəb keçirməsi ilə izah edib. Onun etirafından sonra hadisəylə bağlı cinayət işi açılıb.