XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 20:15

İranda 2 terror qruplaşması zərərsizləşdirilib

İranda 2 terror qruplaşması zərərsizləşdirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatda bildirilib ki, nazirlik seperatçı qüvvələrə yaxın iki terror qruplaşmasının üzvlərini zərərsizləşdirib.

Məlumata əsasən qonşu ölkədən İran ərazisinə girən iki terror qruplaşma üzvləri İranın Qərbi Azərbaycan əyalətinin Piranşəhr bölgəsində zərərsizləşdirilib. Terror qruplaşmasının 16 üzvü həbs olunub, onlardan 2 ədəd “Kalaşinkov” avtomatı, partlayıcı maddələr, tapança, 240 ədəd güllə müsadirə olunub.

Bildirilir ki, saxlanılan terroçulardan bəzisinin günahsız insanların qətlində əli olub. Həmçinin  onlardan bəziləri İran İslam İnqilabı tərəfdarı olan şəxslərdən birinin övladını qətlə yetirib.