XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 20:26

Cənubi Koreya “Mercedes-Benz”, “Porsche” və “Nissan”ı cərimələyib- Səbəb

Cənubi Koreya hökuməti ölkədə satılan dizel modellərinin emissiyaları haqqında məlumatların saxtalaşdırılmasına görə “Mercedes-Benz”, “Porsche” və “Nissan”ın nümayəndəliklərini cərimələyib.

Azərtac yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ətraf Mühit Nazirliyi məlumat yayıb.

Bildirilir ki, “Mercedes-Benz”in 2012-2018-ci illərdə Cənubi Koreyada dizel yanacağı ilə işləyən 37 mindən çox avtomobili əhatə edən 12 modeli üzrə məlumatlar saxtalaşdırılıb. “Nissan” və “Porsche”in isə müvafiq olaraq 2293 “Qashqai” modeli və 934 “Macan S” modeli üzrə emissiya məlumatları həqiqətdən uzaq olub. Üç avtomobil istehsalçısının atmosferə buraxılan tullantı qazlarının manipulyasiya edilməsi üçün qanunsuz proqram təminatından istifadə etdikləri müəyyən edilib.

Cənubi Koreya hökuməti “Mercedes-Benz”i 63,4 milyon ABŞ dolları, “Porsche”ni 817 min 300, “Nissan”ı isə 735 min 600 dollar məbləğində cərimələyib.