XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 20:36

Səudiyyə XİN rəhbəri:"Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə sadiqik"

Səudiyyə Ərəbistanı Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinə sadiqdir.

Bu sözləri Krallığın Xarici İşlər naziri Faysal bin Farhan Al Saud Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusa qarşı mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündən sonra söyləyib.

O əlavə edib ki, Səudiyyə Ərəbistanı pandemiyanın səhiyyə, iqtisadiyyat və sosial sahələrdə fəsadlarının aradan qaldırılması istiqamətində səylərini daha da gücləndirəcək. Nazirin sözlərinə görə, dinindən və irqindən asılı olmayaraq bütün xalqlar bu bəlaya qarşı qlobal mübarizəyə öz töhfələrini verməlidir.

Krallığın son aylarda sədrlik etdiyi G-20 qrupu çərçivəsində COVID-19 pandemiyası və onun iqtisadi-sosial fəsadlarının aradan qaldırılması istiqamətində bir sıra tədbirlər keçirdiyini diqqətə çatdıran Faysal bin Farhan Al Saud qeyd edib ki, Qoşulmama Hərəkatının Zirvə görüşündəki çıxışında da beynəlxalq maliyyə institutlarının və inkişaf etmiş dövlətlərin yoxsul ölkələrin maliyyə borclarının ertələnməsi, Paris Klubunun təsdiq etdiyi birgə sənəd əsasında dərin qlobal iqtisadi böhranın qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir. O, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin sərəncamı ilə qlobal pandemiya ilə mübarizəyə 5 milyon dollar həcmində vəsait ayrıldığını qeyd edib. Bundan başqa, Krallıq Ümumdünya Səhiyyə Təşkilatına da 10 milyon dollar ayırıb(azərtac).