XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 20:35

İtaliyada koronavirus:bir gündə 8 000-dən çox pasiyent sağalıb

İtaliyada son bir gün ərzində daha 369 nəfər koronavirusdan ölüb.

Bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 684 nəfərə çatıb.

Məlumata görə, İtaliyada daha 1 144 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 214 457-yə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 93 245 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb.

Ümumiyyətlə, son bir gündə 8 014 nəfər koronavirusdan sağalmaqla rekord nəticə əldə olunub. (report)