XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

06 May 2020 - 23:34

İranda son sutka ərzində 1680 nəfər koronavirusa yoluxub- 78 nəfər isə həyatını itirib

Son sutka ərzində İranda 1680 nəfər koronavirusa yoluxub, 78 nəfər isə həyatını itirib.

Azərtac xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. Ümumilikdə İranda virusa yoluxanların sayı 101 min 650 nəfərə, ölənlərin sayı isə 6 min 418 çatıb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 81 min 587 nəfər sağalaraq evə buraxılıb.

K.Cahanpur bildirib ki, koronavirusdan sağalanların sayına görə, İran dünyada 5 ölkədən biridir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İran üzrə nümayəndəsi Kristof Helman Tehrandakı İnnovasiya Mərkəzində olub və koronavirusa yoluxan xəstələrin qan plazması və müalicəsi ilə maraqlanıb. O, nəzərə çatdırıb ki, ÜST İranın koronavirusla mübarizə üsullarını və xəstələrin müalicə metodunu dəstəkləyir və yüksək qiymətləndirir.