XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

07 May 2020 - 09:30

Tramp Konqresin İrana qarşı qərarına veto qoyub- Detallar

ABŞ Prezidenti Donald Tramp qanunvericilər tərəfindən icazə verilmədən Konqresin İrana qarşı hərbi gücdən istifadə imkanlarını məhdudlaşdıran qətnaməsinə veto qoyub.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Bu gün ABŞ Silahlı Qüvvələrinin İrana qarşı hərbi əməliyyatlarda istifadəsinin dayandırılması ilə bağlı mənə mane olan qərara veto qoydum”, – deyə sənəddə qeyd olunub.