XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

07 May 2020 - 13:56

Hindistanda zavodda güclü partlayış:8 nəfər ölüb, 200 nəfər yaralanıb

Hindistanın Andxra-Pradeş əyalətinin Visakxapatnam şəhərində yerləşən kimya zavodunda zəhərli qaz sızması nəticəsində partlayış olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hökumətin təmsilçisi Srican Qummal “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, hadisə nəticəəsində azı 8 nəfər ölüb, 200-dən çox insan xəstəxanaya yerləşdirilib: “LG Poluymers” zavodunda stirol qazı sızıb və bu qazla yüzlərlə insan nəfəs alıb”.

Ölən və yaralananların sayının artacağı istisna deyil.

Yerli hökumət sakinləri evdən çıxmamağa çağırıb.

Qeyd edək ki, Stirol rəngsiz zəhərli mayedir. Müxtəlif polimerlərdə istifadə olunur.