XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

07 May 2020 - 12:12

Bu ölkədə futbolçulara danışmamamaq tövsiyə olundu- Səbəb

Cənubi Koreya çempionatının rəhbərliyi oyunlar zamanı koronavirus infeksiyasının yayılması ilə mübarizə məqsədilə bir sıra tədbirlər tətbiq edib. 

“Report” “Goal” nəşrinə istinadən xəbər verir ki, qarşılaşmalar zamanı futbolçulara bir-biriləri ilə danışmamaları tövsiyə olunub.

Eyni zamanda tüpürmək və salamlaşmaq qadağan edilib. Məşqçilər heyəti və komanda işçiləri əlcək və maskadan yararlanmalıdırlar.

Qeyd edək ki, fevralın 29-da başlamalı olan Cənubi Koreya çempionatı koronavirus pandemiyası üzündən təxirə salınmışdı. Mövsüm mayın 8-dən azarkeşsiz start götürəcək.