XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

07 May 2020 - 14:05

ABŞ ÜST-ə alternativ təşkilat yarada bilər- Pompeodan açıqlama

ABŞ Dövlət katibi Mayk Pompeo koronavirusun yayılmasının öhdəsindən gələ bilmədiyi üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) alternativ qurum yaradacaqlarını istisna etməyib.

“Report” xəbər verir ki, bu barədə “Fox Business” məlumat yayıb.

Jurnalist Pompeodan Ağ Evin ÜST-yə analoq yaradıb-yaratmayacağını soruşub. Dövlət katibi də buna konkret cavabdan yayınsa da, bu ehtimalı istisna etməyib.

Pompeonun sözlərinə görə, hazırda ABŞ Prezident Administrasiyası hansı addımın daha yaxşı olacağını nəzərdən keçirir. O, Donald Trampın onların qarşılarına ÜST-nin yenidən uğursuzluğa düçar olmasının qarşısını almaq kimi konkret məqsəq qoyduğunu açıqlayıb.

“Vəzifələrini yerinə yetirmədiyi təqdirdə ÜST-nin yüz milyonlarla ABŞ dolları alması qəbuledilməzdir”, – ABŞ dövlət katibi deyib.

Qeyd edək ki, daha əvvəl Tramp koronavirusun yayılmasına görə ÜST-ni ittiham etmiş və quruma maliyyə yardımının dayandırıldığını açıqlamışdı.