XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

07 May 2020 - 14:13

İraq parlamenti yeni baş nazirin namizədliyini təsdiqlədi- FOTO

İraq parlamenti Mustafa əl-Kazıminin baş nazir postuna namizədliyini təsdiqləyib.

“Report” xəbər verir ki, məlumat İsrail KİV-i yayıb.

2003-cü ildən, Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra Mustafa əl-Kazımi İraqın 6-cı baş naziri olacaq.

Bununla da son aylar İraqda davam edən siyasi böhranın aradan qaldırıldığı ehtimal edilir.

Parlament həm də Nazirlər Kabineti üzvlüyünə 22 namizəddən 15-ni təsdiqləyib.

Deputatlar ədliyyə, ticarət, mədəniyyət, meliorasiya və miqrasiya naziri postuna namizədləri təsdiqləməyib. Xarici işlər və neft nazirliklərinə namizədlərin təsdiqlənməsi koalision hökumətin növbəti danışıqlarının müzakirəsi üçün boş saxlanılıb.