XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

07 May 2020 - 13:23

Çinin xarici ticarət dövriyyəsi 1,3 trilyon dollaradək azalıb- Hesabat

Bu ilin yanvar-aprel aylarında Çinin xarici ticarətinin həcmi illik ifadədə 7,5% azalaraq 1,3 trln. ABŞ dolları təşkil edib.

APA-Economics”in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Çinin Baş Gömrük İdarəsinin yaydığı hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, ixracın həcmi 9% azalaraq 678,28 mlrd. dollar olub. İdxal isə 620,05 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,9% azdır. Hesabata əsasən, təkcə aprel ayında Çinin xarici ticarəti 352,22 mlrd. dollar təşkil edib. İxrac 200,28 mlrd. dollar, idxal isə 154,94 mlrd. dollar olub.

Qeyd edək ki, 2016-cı ildə Çinin ümumi ticarət dövriyyəsi 6,8% azalaraq 3,68 trln. dollar təşkil edib. 2017-ci ilin sonunda bu göstərici illik ifadədə 11,4% artaraq 4,11 trln. dollara çatıb. 2018-ci ildə Çinin digər ölkələrlə ticarəti 12,6% artaraq 4,62 trln. dollara, 2019-cu ildə isə 1% azalaraq 4,57 trln. dollar təşkil edib.