XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

07 May 2020 - 14:32

İranda daha 1485 nəfər koronavirusa yoluxub –68 nəfər ölüb

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 68 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 6486 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa  1485 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 103135 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 82744  nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2728 nəfərin vəziyyəti ağır və ya orta ağırdır/APA.