XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2016 - 10:58

Ərdoğan və Poroşenkodan ortaqRusiya bəyanatı

Poroşenko: Rusiyanın Suriyadakı hərəkətləri dinc əhali arasında çoxsaylı itkilərə səbəb olub

Ukrayna prezidenti Pyotr Poroşenko qeyd edib ki, Kiyev və Ankara Rusiyanın Suriyadakı qanunsuz fəaliyyətini pisləyib.

Strateq.az report.az-a istinadən xəbər verir ki, bu barədə o, Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Biz danışıqlar zamanı Rusiyanın Suriyadakı hərəkətlərini, xüsusilə də dinc əhali arasında çoxsaylı qurbanlarla nəticələnən, humanitar böhranın güclənməsinə səbəb olan və qaçqınların sayının artmasına gətirib çıxaran bombardımanları qətiyyətlə pislədik", – deyə o bildirib.