XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

07 May 2020 - 22:20

İtaliyada daha 1401 nəfərə koronavirus diaqnozu qoyulub –274 nəfər isə ölüb

İtaliyada son bir gün ərzində daha 274 nəfər koronavirusdan ölüb.

Bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 958 nəfərə çatıb.

Məlumata görə, İtaliyada daha 1 401 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 215 858-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 96 276 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb/Report.